Lənkəranda aqrar turizmin inkişaf imkanları müzakirə edilib

18 Yanvar 2022

Millət Vəkili Rüfət Quliyevin təşəbbüsü və Lənkəran şəhər İcra Hakimiyyətinin Başçısı Tale Qaraşovun dəstəyi ilə aqrar turizmin inkişaf imkanları müzakirə edilib.

Heftelik.az-ın məlumatına görə, tədbiri açan Millət Vəkili Rüfət Quliyev qeyd etdi ki, Lənkəranın zəngin təbiəti, zəngin mətbəxi və adət ənənələri burada dağ, və kənd turizminin inkişaf imkanlarını genişləndirir.

Xüsusəndə kənd turizminin inkişaf etdirilməsi ailə təsərrüfatlarının əlavə gəlir əldə etmələrinə geniş imkanlar açır. Bunu nəzərə alaraq Deputat ofisi ilə Lənkəran şəhər İcra Hakimiyyəti işçi plan hazırlayıb və bu sahədə davamlı tədbirlərin həyata keçirilməsinə start verib. Keçirilən bu görüşdə Lənkəranda aqrar turizmin inkişafı üçün inkişaf vektorlarını müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Toplantıda çıxış edən Turizm Regional İnkişaf bürosunun müdiri Hüseyn Məmmədov Lənkəranın mövcud potensialı barədə məlumat verdi. Eyni zamanda turizm bürosunun kənd turizminin inkişafı üçün həyata keçirəcəyi layihələri təqdim etdi. Qeyd etdi ki, Lənkəranın mövcud potensialından geniş istifadə edərək burada turizmin müxtəlif seqmentlərinin inkişafı imkanları mövcuddur. Ancaq effektiv aqro-turizmin inkişaf etdirilməsi üçün bəzi şərtlər mövcuddur. Bunlar fərdi evlərin tələblərə uyğun yenidən qurulması, və ailələr tərəfindən xidmətin effektiv təşkilidir. Lənkəran Destinasiya və Menecment Təşkilatının rəisi İlqar Əzimov çıxış edərək bildirdi ki, belə bir görüşün keçirilməsi regional turizmin inkişafına müsbət təsir edəcək. Effektiv xidmətin təşkili üçün tələb edilən əsas amillərdən biridə kadr hazırlığının həyata keçirilməsidir. Lənkəran şəhər İcra Hakimiyyətinin sektor müdiri Aqil Dadaşov çıxışında qeyd etdi ki, təmsil etdiyi qurum keçirilən müzakirəni əhəmiyyətli hesab edir və burada səslənən ideyaların reallaşdırılması üçün dəstək göstərməyə hazırdır. Xüsusən kadr hazırlığını mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün prosesə təşkilatı dəstək göstərə bilər. Görüş daha sonra diskussiya formasında davam etdirildi. Sonda çıxış edən Millər Vəkili Rüfət Quliyev qeyd etdi ki, ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən turizm sektoru əsas strateji sahə elan edilib və hədəfin reallaşdırılması üçün Deputat ofisi, İcra Hakimiyyəti ilə birlikdə  səylərini genişləndirəcək və artıq bu ilin 2-ci rübündən ilkin nəticələri birlikdə müşahidə edəcəyik.

Tədbirdən sonra Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türkiyə Mədəniyyət dərnəyinin rəhbəri İlhan Aşkının iştirakı ilə 1-ci qrup əlil Samiq Səlimova yeni araba hədiyyə edildi. Qeyd edək ki, araba Hollandiyada fəaliyyət göstərən “Kros Medical” şirkətinin maliyyət dəstəyi ilə Azərbaycana gətirilib. Samiq Səlimovla söhbət edən Millət Vəkili Rüfət Quliyev qeyd etdi ki, Deputat ofisi üçün  sırasında Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və sosial qayğıya ehtiyacı olanlar əsas prioritetdir.

rufat 1

rufat 3

Top