MSK Hadi Rəcəblinin seçki dairəsini araşdıracaq

10 Fevral 2020

Parlament seçkiləri ilə əlaqədar 7 seçki dairəsində ciddi araşdırma aparılacaq.

Heftelik.az-ın məlumatın görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

BUNA DA BAX: Parlament seçkilərində 118 seçki dairəsində ilkin nəticələr açıqlandı – 7 seçki dairəsində vəziyyət aydın deyil

M. Pənahov deyib ki, 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub: “Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Qeyd edək ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsində lider namizəd Hadi Rəcəblidir.

Şərh vermək üçün giriş edin
Top