Arpadarai istefa verir

12 Fevral 2020

Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.

Heftelik.az-ınReport-a istinadən verdiyi məlumata görə, N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.

BUNA DA BAX: Bakı və Abşeron İH-lərinin səlahiyyətlərindən biri ləğv edildi - Əli Əsədov qərar verdi

Qeyd edək ki, Nigar Arpadarai Bakıda "Formula 1" üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır. O, 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.

Şərh vermək üçün giriş edin
Top