Azərbaycanda idxal-karantin məntəqələri yaradılacaq

13 Fevral 2020

Bu il ölkədə idxal-karantin məntəqələri qurulacaq.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib.

BUNA DA BAX: Övladlığagötürmə alt sisteminin işə düşməsi niyə gecikir? – Nazir aydınlıq gətirdi

Q. Təhməzli deyib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulmuş idxal-karantin məntəqələrinin layihələnməsi həyata keçiriləcək: "Bu il üçün 2 idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur. Növbəti illərdə Azərbaycanın digər məhsul idxal olunan sərhəd-keçid məntəqələrindən kənar yerlərdə də belə məntəqələrin qurulması planlaşdırılır".

Sədr qeyd edib ki, idxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək.

Şərh vermək üçün giriş edin
Top