MSK-dan Rauf Arifoğlu, Hadı Rəcəbli, Çingiz Qənizadə və Hüseynbala Mirələmovun dairələri barədə qərar – Nəticələr ləğv edildi

13 Fevral 2020

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Heftelik.az-ın məlumatına görə, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

BUNA DA BAX: Parlament seçkiləri ilə əlaqədar məntəqələrin ləğvinə başlandı

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

Şərh vermək üçün giriş edin
Top