Azərbaycandan İrana uçuşlar davam etdiriləcəkmi? -AZAL aydınlıq gətirdi

24 Fevral 2020

Çoxsaylı müraciətlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) "Buta Airways" aviaşirkətinin hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmadığını açıqlayıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə AZAL) mətbuat xidməti məlumat yayıb.

BUNA DA BAX: ÜST-dən Azərbaycanda koronavirus təhlükəsi barədə açıqlama

AZAL prezidenti Cahangir Əsgərov deyib ki, aşağıbüdcəli "Buta Airways" aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır: “Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında "Iran Air" aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq".

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcək.

Şərh vermək üçün giriş edin
Top