Yevlaxda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

26 Fevral 2020

Bu gün Yevlaxda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Hefteliköaz-ın məlumatına görə, tədbir Şəhidlər Xiyabanını ziyarətlə başlayıb, şəhidlərin ruhuna Quran oxunub.

 Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidlərin Abidə Kompleksi önünə gül qoyublar.

8

Sonra tədbir Bəşir Səfəroğlu adına Xalq teatrının binasında davam edib. Tədbir iştirakçıları teatrın foyesində şagirdlərin Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

7

Daha sonra Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir açıq elan olunub, Dövlət himni səslənib. Xalq teatrının binasında tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar YAP Yevlax rayon təşkitəşkilatının məktəblilər arasında keçirdiyi inşa yazı  müsabiqəsinin qalibi  Ruhəngiz Isayeva  inşa yazısını oxuyub. Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Anar Tağıyev Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən inşa və rəsm müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyə təqdim edib.

Sonda tədbir iştirakçıları Bəşir Səfəroğlu adına Xalq teatrının Xocalı faciəsinə həsr olunmuş ədəbi kompozisiyasına baxıblar.

10

Bu gün Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalıya Ədalət!” yürüyüşü də təşkil edilib.

Yürüyüş Heydər Əliyev parkından Şəhidlər Xiyabanına qədər məsafəni əhatə edib. Böyük izdihamla baş tutan yürüyüş gənclərin diqqətini  Xocalı soyqırımına bir daha yönəldib və milli-vətənpərvərlik ruhunun aşılanmasına öz töhfəsini verib.

Yevlax şəhərində ilk dəfə təşkil olunan bu yürüyüşə 400-ə yaxın gənc qoşulub.

 

12

14

20

2122

2324

Şərh vermək üçün giriş edin
Top