Xocalı soyqırımına Beynəlxalq Cinayət Məhkəməsində niyə baxılmır? – XİN-dən cavab

26 Fevral 2020

Xarici İşlər Nazirliyi Xocalı soyqırımı ilə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirib.

Şeftelik.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Xocalı faciəsi 1992-ci ildə baş verib, Beynəlxalq Cinayət Məhkəməsi isə  2002-ci ildə yaradılıb.

Ancaq bu günə qədər nə Azərbaycan nə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir: “Ona görə də Xocalı ilə bağlı ancaq milli səviyyədə həmin şəxslər barəsində cinayət işi açılıb”.

Şərh vermək üçün giriş edin
Top