“Sınıq Körpü” sərhəd keçid məntəqəsindən istifadə vaxtı dəyişdi

25 Mart 2020

Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü ” sərhəd keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib. 

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

BUNA DA BAX: Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldı

Dəyişikliyə əsasən vətəndaşlar sərhəd keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.

Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib.

Şərh vermək üçün giriş edin
Top