Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

29 Mart 2020

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan Heftelik.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

BUNA DA BAX: Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşdi

Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Şərh vermək üçün giriş edin
Top