Azərbaycanda 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək elan edilən xüsusi karantin rejimində fəaliyyətini davam etdirməyə icazə verilən qurumlar və sahələr müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.
BUNA DA BAX: Martın 31-dən aprelin 20-dək fəaliyyəti qadağan edilən iş və xidmət sahələri açıqlandı – SİYAHI
Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
1.Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.
2.Səhiyyə və sosial sahə üzrə:
- Elmi-tədqiqat və laborator xidmətləri
- Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
- Baytarlıq xidmətləri
- Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
- Sosial xidmətlər
- Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti
3.İnfrastruktur sahəsi üzrə:
- Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
- Elektrik enerjisinin istehsalı və təchizatı
- Su təchizatı və meliorasiya
- Telekommunikasiya və rabitə xidmətləri
4.Nəqliyyat və logistika sahəsi üzrə:
- Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
- Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
- Logistika xidmətləri
- İctimai nəqliyyat və taksi xidmətləri
5.Əsas istehsalat növləri:
- Müdafiə sənayesi məhsullarının istehsalı
- Neft avadanlıqları və qurğularının istehsalı
- Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı
- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
- Kimyəvi məhsulların istehsalı
- Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
- Əkinçilik və məhsul yığımı
- Neft və qazın hasilatı, emalı, saxlanması və satışı
- Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi
- Metallurgiya sənayesi üzrə fəaliyyət
- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
- Mühəndislik və layihələndirmə xidmətləri
- Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
- Qablaşdırma məhsullarının istehsalı
- Daş, metal və taxta məhsullarının istehsalı
- Mebel istehsalı və təmiri
- Diri heyvanların kəsimi
6.Pərakəndə və topdan satış üzrə:
- Ərzaq məhsullarının satış məntəqələri
- Apteklər
- Yanacaqdoldurma məntəqələri
- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri
- Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri
7.Məişət xidmətləri üzrə
- Məişət tullantılarının yığılması və utilizasiyası
- Poçt xidmətləri
- Kimyəvi təmizləmə
- Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi
- Avtomobillərin təmiri
- Avtomobil yuyulma məntəqələri
- Tərcümə xidmətləri
- Heyvan sığınacaqları
- Dizayn xidmətləri
8.Kütləvi informasiya vasitələri
9.Maliyyə təşkilatları üzrə
- Banklar və valyuta mübadiləsi məntəqələri
- Sığorta təşkilatları
- Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
10.Xüsusi xidmət növləri üzrə
- Çatdırılma xidmətləri
- Məişət avadanlıqlarının təmiri
- Dezinfeksiya xidmətləri