Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020

“Bütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunur”.

Heftelik.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, yalnız xüsusi icazəsi olan şəxslərə çölə çıxmaq olar: "Digər insanlar ancaq yaxın ərazilərdə olan market və apteklərə gedə bilər. Bir də zibillərin atılması üçün evdən çıxa bilərlər".

BUNA DA BAX: Xüsusi karantin rejimində fəaliyyətinə icazə verilən qurumlar və sahələr açıqlandı

Qeyd edək ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirib. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Şərh vermək üçün giriş edin
Top