Azərbaycanda ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.
BUNA DA BAX: Karantin rejimində evdən çıxanların hansı sənədləri götürməli olduğu açıqlandı
Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.