Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu – İndiyə qədər 26 nəfər sağalıb, 5 nəfər ölüb

01 Aprel 2020

Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

BUNA DA BAX: “Pandemiyadan zərər çəkmiş sahələrdə işləyənlərin maaşının əhəmiyyətli hissəsini dövlət ödəyəcək” – Prezident

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır  qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Şərh vermək üçün giriş edin
Top