Bakıdan Abşerona gediş-gəliş məhdudlaşdırılır - Postlar quruldu

01 Aprel 2020

Bakıdan Abşerona gediş-gəliş məhdudlaşdırılır.

Heftelik.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır.

BUNA DA BAX: Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu – İndiyə qədər 26 nəfər sağalıb, 5 nəfər ölüb

Bununla əlaqədar Abşeron rayonunun Xırdalan şəhərində və digər qəsəbələrində, həmçinin Sumqayıt şəhərində polis postları qurulub. Postlarda vətəndaşların sənədləri yoxlanılaraq, zərurət olmadığı təqdirdə hərəkət etmələrinə nəzarət olunacaq və qarşısı alınacaq. Bir daha vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyə çağırır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün evdə qalmağa çağırırıq.

Şərh vermək üçün giriş edin
Top