Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - Yoluxanların sayı 500-ü keçdi

04 Aprel 2020

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

BUNA DA BAX: Karantin rejiminə görə həbs edilən və cərimə olunanların sayı açıqlandı

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Şərh vermək üçün giriş edin
Top