Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxdu - Yoluxan 584 nəfərdən 32-i sağalıb

05 Aprel 2020

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahından Heftelik.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

BUNA DA BAX: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış  tam dayandırıldı - RƏSMİ

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Şərh vermək üçün giriş edin
Top