Xüsusi karantin rejimində cərimələnən şəxslərin sayı açıqlandı

18 May 2020

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) lkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 15.05.2020-ci il saat 00:00-dan 18.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Heftelik.az-ın BDYPİ-yə istinadən verdiyi məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15 may 2020-ci il saat 00:00-dan 18 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 720 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

BUNA DA BAX: Azərbaycanda ikinci dalğa - Daha 136 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 55 678 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Şərh vermək üçün giriş edin
Top