Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu

18 May 2020

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 113 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə,

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, kəskin böyrək çatışmazlığı, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1961-ci il təvəllüdlü vətəndaş vəfat edib.

BUNA DA BAX: Xüsusi karantin rejimində cərimələnən şəxslərin sayı açıqlandı

 
Hazırkı dövrədək ölkəmizdə 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 2055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 235.910 test aparılıb.

Şərh vermək üçün giriş edin
Top