“Qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində və mənzillərin bölüşdürülməsində oğurluq baş verir” - Prezident

21 May 2020

“Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin həm tikintisində, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində oğurluq baş verir”.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün  Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa, Elçin Rzayevi isə İmişli rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

BUNA DA BAX: Kəmaləddin Heydərov qəzadan danışdı: “Hər şey qaydasındadır” - VİDEO

Dövlət başçıs deyib ki, bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulub: “Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli, insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır”.

Şərh vermək üçün giriş edin
Top