Restoranların fəaliyyəti iyunun 1-dən tam bərpa edilə bilər  - RƏSMİ

22 May 2020

“İyunun 1-dən restoranların fəaliyyətinin tam bərpası mümkündür”.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

BUNA DA BAX: Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər yumşaldıldı -RƏSMİ

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, vətəndaşlar qaydalara riayət etsələr, bir çox qadağalar 1 iyundan sonra götürülə bilər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may tarixli qərarına əsasən, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub.  

Şərh vermək üçün giriş edin
Top