Qərargah: Uçuşların bərpası və sərhədlərin açılması ilə bağlı xüsusi plan hazırlanır

22 May 2020

“Beynəlxalq uçuşların bərpası və sərhədlərin açılması ilə bağlı xüsusi plan hazırlanır”.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

BUNA DA BAX: Restoranların fəaliyyəti iyunun 1-dən tam bərpa edilə bilər  - RƏSMİ

İ. Məmmədov deyib ki, beynəlxalq uçuşların bərpası və sərhədlərin açılması ilə bağlı xüsusi plan hazırlanır: “Bu planda hansı ölkələrlə uçuşların olacağı öz əksini tapacaq. İlk növbədə isə Naxçıvana uçuşlar bərpa olunacaq. Planın hazırlanması prosesinin iyunun 15-dək uzanması gözlənilir. Bu gün axşam isə İstanbuldan 174 nəfərin olduğu təyyarə reysi gələcək və onlar karantin zonasına yerləşdiriləcəklər”.

Şərh vermək üçün giriş edin
Top