Deputatlar koronavirus testindən keçməyə başladı

31 May 2020

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar ibbi test yoxlanışından keçməyə başlayıblar.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

BUNA DA BAX: Jurnalistlərin binasında koronavirusa yoluxma aşkarlandı

Gələn həftə ərzində deputatların koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçirilməsi prosesi başa çatacaq.

Qeyd edək ki, bundan öncə Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mart ayında mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.

Şərh vermək üçün giriş edin
Top