Azərbaycanda bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılacaq

01 İyun 2020

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri ilə onlayn görüş keçirib.

Heftelik.az-ın KOBİA-ya istinadən verdiyi məlumata görə, görüşdə bərbərxana və gözəllik salonları üçün onlayn növbə sisteminin yaradılmasına, bu sistemin tətbiqi imkanlarına dair müzakirələr aparılıb.

BUNA DA BAX: BNA: Maskasız sərnişinlər ictimai nəqliyyata buraxılmayacaq

Həmçinin, onlayn görüş çərçivəsində KOBİA-nın nümayəndələri xidmət sektorunda, o cümlədən bərbərxana və gözəllik salonlarında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə riayət edilməsinin, işçilər və müştərilər üçün lazımi şərait yaradılmasının və qoruyucu vasitələrdən (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) istifadənin vacibliyini diqqətə çatdırıb, xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər.

Şərh vermək üçün giriş edin
Top