Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği 114 milyon manatı keçdi

26 İyun 2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 114 milyon manatı ötüb.

 Heftelik.az-ın məlumatına görə, bu günə kimi fonda 114 072 570 manat vəsait köçürülüb.

BUNA DA BAX: Azərbaycanda bir gündə daha 517 nəfər koronavirusa yoluxdu - 7 nəfər vəfat etdi

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Şərh vermək üçün giriş edin
Top