İlham Əliyev və Azərbaycanın beynəlxalq arenada yüksələn nüfuzu

28 İyun 2020

2020-ci ilin yanvar ayından başlayaraq bütün dünyanı öz cənginə alan COVİD-19 pandemiyası bynəlxalq münasibətər sisteminədə öz mənfi təsirini göstərməyə başladı. Bütün dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb edən konfrans və iclasların keçirilməsi demək olar ki, mümkünsüzə çevrildi. Ancaq çətin zamanlarda yalnız müdirik və uzaqgörən siyasətçilər tarixə öz imzalarını ata bilirlər. Neçə ki, 1993-1994-cü illərdə Azərbaycanın çətin işğal şəraitində Ümummilli Lider Heydər Əliyev xalqımızı bu çətin və ağır zamanlardan çıxardı, bugündə bu siyasi kursun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev  özünün bilik və bacarığı, yüksək nüfuzu ilə ölkəmizin və dünyanın ən aparıcı dövlətlərinin xarici siyasətində mühüm olan  bir sıra konfrans və iclasların onlin videoformatda keçirilməsini təşkil etməklə yanaşı, onlara rəhbərlik etdi. Azərbaycan pandemiya şəraitində də qlobal həmrəyliyə, eləcə də dövlətlər arasında təmasların möhkəmlənməsinə töhfəsini davam etdirir.  Bu ilin 4 may tarixində Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qurupu formatında "COVİD-19" qarşı birlikdəyik mövzusunda keçirilən zirvə görüşünün təşkili, eyni zamanda orada səslənən fikirlər bunu bir daha təsdiq etdi. “Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır, o zaman tam əminliklə söyləmək olar ki, bu nüfuzlu quruma sədrlik ilk növbədə etimad və ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti nümunəsidir. Pandemiyanın dünyanı ciddi sınaqlar qarşısında qoyduğu bir vaxtda, qlobal əməkdaşlığa ehtiyac duyulduğu bu həssas məqamda məhz bu zirvə toplantısının təşəbbüskarı qismində çıxış etməklə Azərbaycan növbəti dəfə beynəlxalq arenada öz nüfuzunu nümayiş etdirdi. Azərbaycan Prezidentinin “özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” çağırışı görüş iştirakçıları tərəfindən də yüksək səviyyədə dəsdəkləndi. Azərbaycanın bu çağırışı və könüllü maliyyə yardımı, həmçinin pandemiyaya qarşı mübarizədə təqdim etdiyi standart sübut etdi ki, ölkəmizin təşəbbüsləri dünyada həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Bu toplantıda da Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və operativ şəkildə həyata keçirilən qabaqlayıcı tədbirlər nümunə kimi təqdir olundu. Prezidentin “Azərbaycan öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır” söyləməsi isə bu çətin dövrdə qarşılıqlı dəstək çağırışı idi. 

      18-iyun tarixində Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında növbəti samiti keçirildi ki, bu samitədə ölkəmiz öz böyük töhfəsini verdi. Cənab Prezident çıxışı zamanı mənfur qonşumuz Ermənistan baş nazirinə birdaha tarix dərsi keçdi. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirdiyini, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun 30 ilə yaxın bir müddətə Ermənistanın işğalı aıtında olduğunu bildirmişdir. Cənab Prezident Ermənistan höküməti tərəfindən BMT Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama hərəkatı, NATO, Avropa Parlamenti  tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmədiyini bildirmişdir. Dağlıq Qarabağın birdaha əzəli Azərbaycan torpağı olduğunu qeyd edən Cənab Prezident bunu birdaha bütün dünyaya çatdırdı.

   Cənab Prezident tərəfindən Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində videkonfrans vasitəsilə xüsusi sessiyasının keçrilməsi təklifi ilə çıxış etdi. 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Təşəbbüsə qarşı çıxan yeganə dövlətin Ermənistan olması birdaha bu dövlətin heçzaman sülhün və  birliyin tərəfdarı olmadığının göstəricisidir. Bütün dünya COVİD-19 a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü birdaha rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. BMT- yə üzv olan dövlətlər tərəfindən İlham Əliyev cənabları tərəfindən Baş Assambleyasnın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanmışdır.

    Bütün atılan bu uğurlu addımlar birdaha göstərir ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

Məlahət Vaqifli
Yevlax Bələdiyyəsinin üzvi
İctimai fəal

Şərh vermək üçün giriş edin
Top