Azərbaycanda bir gündə daha 544 nəfərdə koronavirus aşkarlandı - Ölənlərin sayı 200-ü ötdü

29 İyun 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

BUNA DA BAX: Koronaviruslu xəstələrə görə təcili yardıma həkim qəbulu elan olundu - TƏLƏBLƏR

İndiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb.

Şərh vermək üçün giriş edin
Top