AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib – TƏBİB-dən şəraitsizlik barədə açıqlama

02 İyul 2020

“Ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı yayılıb. Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

Heftelik.az-ın məlumatına görə, bunu APA-nın sorğusuna cavabında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

BUNA DA BAX: Bəhram Bağırzadə ayıldı

Onun sözlərinə görə, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər, ürək çatışmazlığı olub: "Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib".

Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.

Top