Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları avtobus və metro işləməyəcək

02 İyul 2020

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. 

Heftelik.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb.

BUNA DA BAX: Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır - Daha 7 rayon və 1 şəhər də siyahıya əlavə edilir

 

avtobus

Məlumata əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

metro 1

Top