Xalqın arxalandığı Lider

08 İyul 2020

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açıılışında iştirak ediblər. Möhtərəm Prezident və ölkənin birinci xanımı tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyasına və «Xəzər» Televiziyasına müsahibə vermişdir. Respublikada pandemiya ilə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin təşkili barədə açıqlama verəndövlət başçısı, bir sıra zəruri məsələlərə də diqqət çəkmişdir.
Cənab Prezident öz çıxışında xüsusilə «Nəzərə alsaq ki, COVİD xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır» deyə vurğulayıb.
Bundan başqa ölkə başçısı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə əməkdaşlığın uğurla davam etdiyini, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatının 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradığını bildirmişdir. Onu da vurğulamışdır ki, bütün bu çətinliklərə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmadı.
Dövlət başçısı öz çıxışında məcburi köçkünlərimizin sosial şəraitinə də münasibətini bildirmişdir. Bu istiqamətdə cari ildə qaçqın və köçkün soydaşlarımız üçün rekord sayda binaların tikiləcəyini və 7000-dən çox köçkün ailəsinin yeni mənzillə təmin olunacağını demişdir.
Cənab Prezident bu ğünə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərilməsini də qeyd etmiş, bu humanistliyi piyar xatirinə deyil, sadəcə ölkələrə həmrəylik borcu kimi dəyərləndirmişdir.
Bütün bunlar haqqında danışan dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinə də toxunmuş, düşmən ölkənin hazırkı rəhbəri Paşınyanın sərsəm çıxışlarını kəskin tənqid etmişdir. Xocali soyqrımı törədən bir ölkənin özünü demokrat kimi qələmə verməsinin heç bir hüquqi əsası olmadığını bildirmiş, bunu qətiyyətlə pisləmişdir.
Məlum olduğu kimi, dünya bazarında xam neftin qiyməti kəskin aşağı düşüb. Cənab Prezident öz çıxışında həmçinin «Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensiyalı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik» fikrini böyük qürür hissi ilə ifadə etmişdir.
Ölkəmizin iqtisadiyyatındakı bu vəziyyət, Azərbaycanın uğurlarını gözü götürməyən bəzi qara qüvvələrin və bədxahların gözünə ox kimi batır.
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə müstəqil dövlətimiz sürətli və dinamik inkişaf yolu ilə irəliləyir. Çünki Azərbaycan xalqı öz liderinə arxalanır və inanır ki, məhz onun apardığı uğurlu daxili və xarici siyasət sayəsində əzəli ata-baba yurdumuzu qısa zamanda geri almaqla, möhtəşəm qələbə sevinci yaşayacağıq.

Ramiz HƏMİDOV,
«Kür»ün müxbiri ,
“Tərəqqi medallı” jurnalist

Top