Sərt karantin rejimi tətbiq olunan ərazilərdə bəzi sahələrin fəaliyyətinə bu gündən icazə verildi - SİYAHI

10 Avqust 2020

COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilib.

Heftelik.az-ın məlumatına görə, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə aşağıda qeyd olunan sahələrin fəaliyyətinə bu gündən icazə verilib.

BUNA DA BAX: Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejimi yumşaldılır - SMS izazə ləğv olunur, çimərlikər açılır

- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

- maşın və avadanlıqların istehsalı;

- elektrik avadanlıqlarının istehsalı;

- kompüter, elektron və optik məhsulların istehsalı;

- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

- sair nəqliyyat vasitələrinin istehsalı;

- poliqrafiya məhsullarının istehsalı;

- zərgərlik məmulatlarının istehsalı;

- musiqi alətləri, idman mallarının istehsalı;

- geyim istehsalı;

- toxuculuq sənayesi;

- ayaqqabıların istehsalı;

- dəri və dəri məmulatlarının istehsalı;

- tütün məmulatlarının istehsalı;

- sair sənaye məhsullarının istehsalı.

Top