Sosial rifah yolunda daha bir addım

11 Avqust 2020

Demokratik inkişaf vətəndaş cəmiyyəti quruculuğu ilə sıx bağlıdır. İnkişaf etmiş dövlətlər bu gün həm də vətəndaş cəmiyyətinin inkişafı ilə seçilir. Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin 2007-ci ilin iyul ayında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasını təsdiqləməsi və həmin ilin dekabrında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması Azərbaycanda QHT sektorunda və bütövlükdə vətəndaş cəmiyyətində yeni inkişaf mərhələsinin əsasını qoyub.
Azərbaycanda vətəndaş cəmiyyətinə xüsusi diqqət yetirilməsinin nəticəsidir ki, xarici donorlar da ölkəmzdə mühüm layihələri maliyyələşdirilməsinə diqqət ayırır. Bu aspektdə Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi xüsusi diqqət çəkir. Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi 2011-ci ildən fəaliyyətə başlayıb. Layihəni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və İslam İnkişaf Bankı ilə birgə həyata keçirir. Layihənin əsas məqsədi Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında ərzaq təhlükəsizliyi və gəlirlərin artırılması imkanlarını təkmilləşdirməklə kənd əhalisinin rifahını yaxşılaşdırmaqdır. Layihə “Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə dəstək”, “Kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması” və “Müəssisələrin İnkişafı üçün kənd maliyyə xidmətləri” komponentlərindən ibarətdir.

Layihə çərçivəsində növbəti addım Yevlax rayonu Yuxarı Qarxun kəndində “Dovşanlı” adlandırılan ərazisində 70 ev su ilə təminatının həyata keçirilməsi olub. İyulun 22-dən avqustun 10-dək olan dövrdə kənddə 1958-ci ildə qazılmış artezian quyusu yenidən bərpa olunub, 10 tonluq çən və nasos qoyulub, 70 evə su çəkilib, küçələrdə 7 bulaq qoyulub.

1

Ümummilli Lider Heydər Əliyev “Su həyat mənbəyidir!” deyib.

Hər zaman insanların sosial rifahının və həyat şəraitinin yaxşılaşmasını prioritet olaraq qarşıya qoyan Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi siyasətin elementlərini təbii ki, xarici donorlar da fəaliyyətlərində nəzərə alır. Eyni zamanda dövlət başçısının qarşıya qoyduğu vəzifə və tapşırıqların yerlərdə icrasına əsas məsul şəxs məhz rayon İcra Hakimiyyətinin başçılarıdır. Bu baxımdan kənd əhalisi Azərbaycanı dünya dövlətləri sırasında lider mövqeyə çıxaran, əhalinin sosial rifahının yaxşılaşdırılmasını yeni növ koronavirus (COVİD-19) pandemiyası dövründə də əsas vəzifə olaraq müəyyənləşdirən Prezident İlham Əliyevə, Yuxarı Qarxun kəndinin problemlərinin həllinə həmişə xüsusi diqqət yetirən Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevə təşəkkür edir.

Qızılgül Rüstəmova

Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbinin müəllimi

2

 

Top