Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - Gündəlik yoluxma 100-ə çatır

12 Avqust 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

BUNA DA BAX: Nazir qeydiyyatdan keçən ilk koronavirus peyvəndindən danışdı

İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, aktiv xəstə sayı 2 269 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.

Top