Daxili işlər nazirinin müavini, Baş prokuror, nəhayət səfir postundan həbsə...

13 Avqust 2020

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edildiyi, aparılan istintaq çərçivəsində  şübhəli şəxs qismində tutulduğu barədə məlumat yayıb. Bu isə günün xəbəri olub. Çünki bu günkü statusu səfir olsa da, Eldar Həsənov Azərbaycan istimaiyyətinə kifayət qədər tanış, yüksək vəzifələrdə çalışmış birisidir. 

BUNA DA BAX: Sabiq Baş prokuror saxlandı

Tərcümeyi halına baxsaq, Eldar Həsənov Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası alıb1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışıb.

ELDAR 2

Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Prezident Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunub.Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir.

eldar 3

  • Professor, hüquq elmləri doktoru
  • Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru
  • Serbiya Kral Akademiyasının üzvü

Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olub.

2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olub.

Eldar Həsənovun təşəbbüsü və dəstəyi ilə tərcümə və nəşr edilmiş kitablar:

Frans Kafka. «Qəsr». Azərbaycan dilində. Bakı, “Azərbaycan Tərcümə Mərkəzi”, 1996.

Qarayev M. “Qeyri-adi məhbus”. Azərbaycan dilində. Bakı, “Azərbaycan Tərcümə Mərkəzi”, 1997.

 Z.M.Bünyadov. «Seçilmiş əsərləri. 3 cilddə». Rus dilində. Bakı, “Elm” nəşriyyatı, 1999.

    Bəxtiyar Vahabzadə. “Zaman və məkan”. Rumın dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2001.

Nazim Hüseynli. “Nikolae Titulesku – dahi rumın diplomatı”. Bakı, “Diplomat” nəşriyyatı, 2002.

Yoan Pop de Popa. “Hakimiyyət xülyası”. Rus dilində. Bakı, “Oskar”, 2002.

“Kitabi-Dədə Qorqud”. Rumın dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2002.

“Qurani-Kərim” (İslam dünyasının müqəddəs kitabı). Rumın dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2003.

İon İliyesku. “İnteqrasiya və qloballaşma. Rumıniya baxışı”. Azərbaycan dilində. Bakı, “Oskar”, 2003.

Minodor Mitrika. “Azərbaycanın dirçəlişi”. Rumın dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2003.

“Rumınca-azərbaycanca, azərbaycanca-rumınca Lüğət”. Buxarest, “Paideia” nəşriyyatı, 2004.

Elçin. “Pyeslər”. Rumın dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2003.

Çingiz Abdullayev. “Oliqarxın varisi”. rumın dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2004.

Anar. “Ağ qoç, qara qoç”. Rumın dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2004.

Xocalı faciəsi (tarix, faktlar, hadisələr). Rumın dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2005.

Füzuli M. “Qəzəllər”. Rumın dilində. Buxarest, “Editura Criterion” nəşriyyatı, 2005.

Çingiz Abdullayev. “Oliqarxın varisi “. alban dilində. Buxarest/Tirana, “Librarium Haemus” nəşriyyatı, 2006.

Təbriz M. Qarayev. Azərbaycanca-rumınca danışıq kitabçası. Bakı, «Oskar», 2006

Füzuli M. “leyli və Məcnun”. Rumın dilində. Buxarest, “Editura Criterion” nəşriyyatı, 2007.

Erix Fayql “Erməni mifomaniyası, erməni ekstremizmi: onun səbəbləri və tarixi konteksti”. Rumın dilində. Buxarest, “İdeaa Europeana” nəşriyyatı, 2007.

Rumıniya ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 15 illiyi. “Balkanlar və Avropa” jurnalı. Buxarest, 2007.

Kopi Küçük “Azərbaycanın qısa tarixi”. Rumın dilində. Buxarest, “Libraria Haemus” nəşriyyatı, 2007.

Əli İldırımoğlu “Aqibət”. Rumın dilində. Buxarest, “İdeaa Europeana” nəşriyyatı, 2008.

Natəvan Faiq. “ANAR”. Rumın dilində. Buxarest, “İdeaa Europeana” nəşriyyatı, 2008.

Çingiz Abdullayev. “Günəş altında zülmət”. Rumın dilində. Buxarest, “İdeaa Europeana” nəşriyyatı, 2009.

Kopi Küçük “Heydər Əliyev – zəmanəmizin Atatürkü”. Rumın dilində. Buxarest, “Libraria Haemus” nəşriyyatı, 2009.

Kamal Abdulla “Azərbaycanca danışaq”. Rumın dilində. Buxarest, “İdeaa Europeana” nəşriyyatı, 2010.

Anatol Bakonski “Qara kilsə”. Azərbaycan dilində. Buxarest, “Paideia” nəşriyyatı, 2010.

Hüseynbala Mirələmov və Viktor Andriyanov “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev”. Serb dilində. Belqrad, Verzal nəşriyyatı, 2010

Qarayeva Aynur. “Serb-azərbaycan, azərbaycan-serb Lüğəti”. Bakı, Oskar nəşriyyatı, 2010

Zemfira Səfərova “Üzeyir Hacıbəyli”. Serb dilində. Belqrad, Verzal nəşriyyatı, 2010

Rəsul Rza “Rənglər”. Serb dilində. Bakı, Azərnəşr nəşriyyatı, 2011

B.Mehdiyev “223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası”. Serb dilində. Belqrad, Alfa nəşriyyatı, 2012

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqəti” bukleti. Serb dilində. Belqrad, Alfa nəşriyyatı, 2012

Milorad Paviç “Xəzər lüğəti”. Azərbaycan dilində. Buxarest, All nəşriyyatı, 2013

Əli və Nino”. Rumın dilində. Belqrad, Alfa nəşriyyatı, 2014

Elçin Əfəndiyev “Ölüm hökmü”. Serb dilində. Belqrad, Verzal nəşriyyatı, 2014

Azərbaycan uşaq şerlərindən nümunələrindən ibarət “Sevinc Qaynağı”. Monteneqro  dilində. Çetinye, İvpe-Cetinje nəşriyyatı, 2014

Kamal Abdulla “Yarımçıq əlyazma”. Monteneqro dilində. Podqoritsa, İvpe-Cetinje nəşriyyatı, 2015

Yasmina Mixayloviç “Xəzər dənizinin sahillərində”. Azərbaycan dilində. Bakı, Oskar nəşriyyatı, 2015

Cəlil Məmmədquluzadə “Seçilmiş əsərləri”.  Serb dilində. Belqrad, Verzal nəşriyyatı, 2016

Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”.  Serb dilində. Belqrad, Yovan nəşriyyatı, 2016

Çingiz Abdullayev “Avropanın opponentləri”. Boşnak dilində. Sarayevo, 2016

Cavanşir Feyziyev “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli”. Boşnak dilində. Sarayevo, 2016

Zərifə Əlizadə və Lalə Məcidova “Azərbaycanın tanınmış qadınları/serb xalqının tanınmış qadınları”. Azərbaycan və serb dillərində. Belqrad, Yovan nəşriyyatı, 2016

E.Həsənov daha sonra Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri olub. Azərbaycanın (“İgidliyə görə” medalı, “Qanunun və ictimai asayişin təmin edilməsində xidmətlərinə görə” medalı, “Azərbaycan bayrağı” ordeni), Rumıniyanın (“Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni), Serbiyanın (“II dərəcəli Serbiya bayrağı”) dövlət mükafatları və medalları ilə təltif olunub.

Rus, türk, ingilis və rumın dillərini bilir.

Evlidir, 3 övladı var.

Top