Azərbaycanda son sutkada daha 162 nəfər koronavirusa yoluxdu - Ölən var

24 Sentyabr 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

BUNA DA BAX: Azərbaycanda bir gündə 10-dan çox şagird koronavirusa yoluxdu

Azərbaycanda indiyədək ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1850 nəfərdir.

 
Top