Azərbaycanda 30-dan çox şagirddə koronavirus aşkarlandı - Distant təhsilə keçirilən məktəblər 37-ə çatdı

15 Oktyabr 2020

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən Heftelik.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 14, işçi sayı 2 olub.

BUNA DA BAX: Karantin rejiminin şərtlərinə yenidən baxıla bilər - T'BIB-dən xəbərdarlıq

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 33, işçi heyətinin sayı 12 nəfər təşkil edib. Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 8,  məktəblərin sayı isə 7 olub. Koronavirus səbəbindən distant təhsildə olan 3 sinif əyani təhsilə keçirilib.  

Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 60, məktəb sayı isə 37 olub.

Top