Azərbaycanda son sutkada 509 nəfər koronavirusa yoluxdu - Ölənlər var

16 Oktyabr 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

BUNA DA BAX: Gürcüstanda məhdudiyyətlərin tətbiqinə qərar verildi

Azərbaycanda indiyədək ümumilikdə 43 789 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib, aktiv xəstə sayı 3 368 nəfərdir.

Ölkədə son sutka ərzində 7 878, hazırkı dövrədək isə 1 209 802 test aparılıb.

Top