Yenidən müstəqilliyimizə qovuşduğumuz MÜQƏDDƏS GÜN

18 Oktyabr 2020

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Heftelik.az millət vəkili Məlahət İbrahimqızının 8 oktyabr - Dövlət Müstəqilliyi Günü  ilə bağlı yazısını təqdim edir:
 
"Gözün aydın, doğma Vətən. Bu gün Sənin 29 yaşın tamam olur.
Bu il ilk dəfə olaraq, xalqımız yenidən müstəqilliyimizə qovuşduğumuz bu müqəddəs günü Sənin ayrılmaz parçan olan, işğal altındakı Qarabağımızla keçirir. Bugün Müzəffər Ordumuz, onun qəhrəman əsgər və zabitləri dədələrimizin bizlərə yurd etdiyi və Şəhidlərimizin qanı ilə yoğrulmuş Qarabağ torpaqlarında keçirir. İnşaallah yaxın zamanlarda xalqımız özünün Böyük Zəfər Bayramını Qarabağın hər qarışında, kənd və şəhərində təntənə ilə qeyd edəcəkdir. Allaha sonsuz Şükürlər və Həmdi sinələr olsun.... Bu gün yaşadığımız sevincə və şərəfə görə bütün Azərbaycan xalqı Ali Baş Komandanımız və əziz Prezidentimiz möhtərəm cənab İlham Əliyevə və Şanlı Ordumuza minnətdardır.Bu gün hər birimiz Allahın rəhmətinə qovuşmuş Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Bu gün tarixin ən şərəfli və şöhrətli günləridir. Uca Xalqımız dünyanın gözü önündə öz Lideri, Ali Baş Komandanın rərbərlik etdiyi qəhraman Milli Ordusu ilə tarixin şücaət və rəşadət səhifələrini yazır.
İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək canlı şahidləri olduğumuz bu günün qəhrəmanlıqlarına salnamələr yazılacaq, nəğmələr bəstələnəcəq...
Yaşasın Ali Baş Komandan,
Yaşasın Milli Ordumuz,
Yaşasın Azərbaycan,
Qarabağ Azərbaycandır!
“...El bilir ki,Sən mənimsən
Yurdum, yuvam, məskənimsən,
Anam doğma Vətınimsən
Ayrılarmı Könül Candan
Azərbaycan,Azərbaycan..”
Long live #Azerbaijan,
Long live #Supreme in-Cheif,
Top