Azərbaycanda koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI

19 Oktyabr 2020

Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Heftelik.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma 55.9 faizlə Bakı şəhərinin payına düşür. 

BUNA DA BAX: Karantin rejiminin şərtlərinə yenidən baxıla bilər - T'BIB-dən xəbərdarlıq

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikasına gəlincə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 12.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.2 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.5 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda  0.3 faiz təşkil edib.

Abşeronda yoluxma 14. 9 faiz, Aranda 10.4 faiz, Gəncə-Qazaxda 6.5 faiz, Lənkəranda 4.1 faiz, Quba-Xaçmazda 2.4 faiz, Şəki-Zaqatalada 2.3 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.09 faiz, ölkə xarici yoluxma isə 1.0 faiz təşkil edir.
Top