Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı

30 Oktyabr 2020

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Heftelik.az-ın koronavirus.info-ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 55.2 faiz.

BUNA DA BAX: Azərbaycanda gündəlik koronavirusa yoluxma 1000-i ötdü

Bakının rayonları üzrə hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Abşeronda yoluxma faizi 14.5 faiz, Aranda 10.6 faiz, Gəncə-Qazaxda 6.7 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 2.9 faiz, Quba-Xaçmazda 2.5 faiz, Dağlıq Şirvanda 1.6 faiz, Yuxarı Qarabağda 1.1 faizdir.
Naxçıvanda yoluxma 0.08 faiz, ölkə xarici yoluxma isə 0.9 faiz təşkil edir.
Top