Xalq və dövlətçilik uğrunda 28 il

20 Noyabr 2020

Fikirlərimi siyasi həmfikirlərim, əqidə və partiya yoldaşlarımla bölüşməzdən əvvəl , bir Azərbaycan gənci olaraq belə bir tarixi hadisə haqqında öz düşüncələrimi Sizlərlə bölüşdüyüm üçün öz Şanlı Tariximin qarşısında baş əyirəm. O xalq, o cəmiyyət xoşbəxtdir ki, onun idarəçiliyi dincliyə, əmin-amanlığa söykənir. O xalq xoşbəxtdir ki, onun dincliyi, əmin-amanlığı, rifahı bir sözlə bütün taleyi onu idarə edən nəhəng şəxsiyyətlərin, müdriklərin, dərin  zəka sahiblərinin  çiyinlərindədir. Tarixi təcrübə göstərir ki, xalq hər zaman bu ağır yükü daşımağa qadir olan belə yüksək ləyaqətli tarixi şəxsiyyətlərini, liderlərini dəstəkləyir, onların ardınca gedir, onlara inanır və arxalanır. Biz fəxr edirik və edəcəyik ki, dünyanın son yüz illiyinin ən nüfuzlu tarixi şəxsiyyətləri və liderləri sırasında yer tutanlardan biridə bizim Müstəqil Azərbaycanımızın, eyni zamanda Partiyamızın qurucusu Ulu Öndər Heydər Əliyev cənablarıdır. Bu gün ki, dincliyimiz, əmin-amanlığımız, bütün sahələrdə dinamik inkişafımız və hərb meydanında qazandığımız uğurların təməli məhz onun adı ilə bağlıdır. Bu uğurların ən başlıca qayələrindən biridə xalqın birliyidir. Bu birlik, bu bərabərlik isə məhz bundan 28 il öncə özünü əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarında  tapdı.  Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra siyasi hakimiyyətə gəldi. Bu həmdə xalqın Ulu Öndər Heydər Əliyevə olan ümidinin və inamının göstəricisi idi ki, bununla da Müstəqil Azərbaycan özünün daha gözəl, daha firavan günlərini yaşamağa başladı. Heydər Əliyev siyasi kursu Azərbaycanı və Azərbaycanlıları qaranlıq bir zülmətdən aydın bir sabaha çıxardı və bu aydın səmanın üzünü  bir daha heç zaman qara buludlar ala bilmədi.  Bu gün bir Azərbaycanlı olaraq birdə ona görə qürur duyuruq ki, Ulu Öndərin qurucusu olduğu, müasir Azərbaycanı yüksək ləyaqətlə idarə edən, 30 ilə yaxındır düşmən tapdağında qalan tarixi torpağımızı yenidən geri alaraq bizlərə qələbə sevincini yaşadan və ata vəsihətini layiqincə yerinə yetirən möhtərəm Cənab Prezidentimiz İlham Əliyev var. Bugün Azərbaycan öz tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. Həm siyasi arenada, həm hərb meydanında düşmən layiqli cavabını alaraq bizim olanı geri verməyə məcbur oldu. Rəşadətli Azərbaycan əsgəri “vətən müharibəsində” öz gücləri ilə  şanlı tarix yazdı. Bu gücün, bu qüdrətin qayəsində isə məhz Ulu Öndər Heydər Əliyev siyasəti, onun 28- il bundan öncə yaratdığı və ətrafında yüzminlərlə Azərbaycanlını birləşdirən Yeni Azərbaycan Partiyası dayanır. Ümummilli Liderimizin Azərbaycan xalqına miras buraxdığı bu gözəl dövlətin, onun yaratdığı Yeni Azərbaycan Partiyasının yüzminlərlə üzvlərindən biri kimi, bir dövlət qulluqçusu kimi xalqımızın ən kiçik vətəndaşından tutmuş, ən yaşlı sakininə kimi Sizin haqqınızda işlətdiyi xoş sözləri eşitdikcə bir daha Azərbaycanlı olmağımla, Yeni Azərbaycan Partiyasının sıralarında olmağımla ən əsası Sizin kimi bir Prezidentim olduğu üçün qürur duyuram.  Ümummilli Lider Heydər Əliyevin də, qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, ən böyük hörmətə malik olan siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”. Bu partiyanın sıralarında yer alan bir gənc olaraq mənə Vətənini tərif elə desəydilər buna görə yalnız bir tək söz tapa bilərdim. Azərbaycan öz rəhbərinə və dövlətinə güvənən xalqın vətənidir.

yap 2

Fərid Vaqifli

YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini:                                                 

Top