Azərbaycanda son sutkada koronavirusa yoluxma - 40 nəfər vəfat edib

03 Dekabr 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

BUNA DA BAX: Daha bir vəkil koronavirusdan vəfat etdi

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, ötən müddət ərzində isə ümumilikdə 1 781 218 test aparılıb.

Top