Azərbaycanda son sutkada koronavirusa yoluxma - Vəfat edənlərin sayında yeni rekord

04 Dekabr 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

BUNA DA BAX: “Azərbaycanda koronavirusla bağlı mütləq sərt tədbirlərə əl atmalıyıq” - Direktor

İndiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, ötən müddət ərzində isə ümumilikdə 1 797 026 test aparılıb.

Top