Xüsusi karantin rejiminin müddətində - 2021-ci il 1 aprel saat 06:00-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır.
Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
BUNA DA BAX: Azərbaycanda karantin rejimi uzadıldı, yumşalmalara başlanıldı - DETALLAR
Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixi qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində şəhərlər və rayonlararası hərəkətə icazə verilir.
İ. Məmmədov bunun şəhərlər və rayonlararası sərnişindaşımaya şamil olunmadığını bildirib.