Dövlət qurumlarında işçilərin say həddi belə olacaq - Baş nazir məktub göndərdi

18 Yanvar 2021

Pandemiya ilə əlaqədar dövlət qurumlarında çalışan işçilərin say həddinin 30 faizədək azaldılması, digər əməkdaşların məsafədən iş rejimində çalışması ilə bağlı müddət uzadılıb. 

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

BUNA DA BAX: Azərbaycanda karantin rejimi uzadıldı, yumşalmalara başlanıldı - DETALLAR

Artıq Nazirlər Kabineti dövlət qurumlarına bununla bağlı müvafiq qaydada məktub göndərib. Nazirlər Kabinetinin müvafiq tövsiyəsinə qədər bu qayda qüvvədə qalacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Top