“20 Yanvar Qan Yaddaşımızdır” mövzusunda tədbir keçirilib

19 Yanvar 2021

18 yanvar 2021-ci il tarixdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "20 Yanvar Qan Yaddaşımızdır" mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Heftelik.az-ın məlumatına görə, tədbirdə DQİDK-nin Yevlax  bölgəsi üzrə şöbəsinin müdiri  Natiq Əfəndiyev, bölgə üzrə şöbənin əməkdaşları, təhsil, mədəniyyət işçiləri, YAP Yevlax rayon təşkilatının və Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları iştirak ediblər.

d 2

Tədbiri giriş sözü ilə açan şöbə müdiri Natiq Əfəndiyev ölkəmizin ərazi bütövlüyü uğrunda öz canlarından keçərək  şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini anaraq, onlara Allahdan rəhmət diləmişdir. Natiq Əfəndiyev 1990-cı ilin 20 yanvarı hadisələrini Azərbaycan xalqının suveren, demokratik dövlət yaratmaq istəyini qırmaq məqsədilə törədildiyini və bu hadisənin tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirmişdir. Natiq Əfəndiyev ölkəmiz üçün belə çətin bir zamanda yenə Ulu öndər Heydər Əliyevin həyatını təhlükə altında qoyub Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək xalqımızın başına gətirilmiş faciəni bütün dünyaya çatdırmasını vurğulayaraq, hadisəyə ilk siyasi-hüquqi qiymətin də məhz 1991-ci ilin noyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildiyini qeyd etmişdir.

Daha sonra çıxış edən Bərdə regional Mədəniyyət İdarəsinin Yevlax rayon nümayəndəsi Rafiq Məmmədov 31 il bundan öncə sovet ordusunun hərbi hissələrinin paytaxt Bakıya və respublikanın bir neçə rayonuna daxil olaraq, xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı gecə ağır cinayət törətdiklərini, 147 nəfər öldürüldüyünü, 744 nəfərin isə  yaralandığını bildirmişdir. Rafiq Məmmədov xalqımıza qarşı bu amansız cinayəti törədənlərin illər sonra öz günahlarını etiraf etsələr də, bu yararlı ruhların ağrı-acısına kömək etmədi deyə qeyd etmişdir.

Tədbirdə çıxış edənlər Yevlax şəhər Heydər Əliyev  Mərkəzinin direktoru Aygün Qasımova,  Yevlax şəhər 5 saylı orta məktəbin direktoru Zərxanım Əhmədova, Gənclər və İdman İdarəsini əməkdaşı Rövşən Musayev 1990-cı ilin 20 yanvar hadisələrindən geniş söhbət apararaq törədilən bu qətliamın xalqımızın XX əsr tarixində başına gətirilən ən dəhşətli faciələrdən biri olduğunu və xalqımızın heç zaman bu hadisələri unutmayacağını qeyd etmişlər.

Sonda konfrans iştirakçılarının fikirləri dinlənilmiş və konfrans qarşılıqlı müzakirələrlə  davam etmişdir .

d 3

d 4

d 5

d 6

   

Top