Deputatlar Lənkəranda şəhid məzarlarını ziyarət edib, seçicilərlə görüşüblər

27 Yanvar 2021

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev yanvarın 26-da millət vəkili Razi Nurullayevlə birlikdə Lənkəran şəhərində olub.

Heftelik.az-ın məlumatına görə, deputatlar ilk növbədə şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib,şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.

2

3

Anım mərasimindən sonra Rüfət Quliyev öz ofisində bir qrup seçicini qəbul edib.Tədbirə deputat Razi Nurullayev də qatılıb. Qəbulda professor Rüfət Quliyev ölkədəki son hadisələrdən, Azərbaycanın ermənilər üzərində cahanşümul qələbəsindən, Ali Baş Komandan, Möhtərəm cənab Prezident İlham Əliyevin tarixlərə sığmayan şücaətlərindən, yenilməz qətiyyətindən ətraflı bəhs edərək,vurğulayıb ki, hörmətli Prezident dünya hərb tarixində misligörünməmiş yeni bir parlaq səhifə yazıb.
Qəbul iştirakçıları möhtərəm Ptezidentə öz dərin minnətdarlıqlarını bildirərək, çoxşaxəli fəaliyyətində ona yeni tarixi uğurlar diləyiblər.
Çıxışlardan sonra seçicilərin problemləri gündəmdə olub.Onlardan bəziləri yerindəcə həll olunub, həlli vaxt tələb edənlər isə nəzarətə götürülüb.Qəbul iştirakçıları deputatın fəaliyyətindən razılıqlarını bildiriblər.

4

Top