Tanınmış yazıçının qızına vəzifə veriləcək

27 Yanvar 2021

Milli Məclis Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxacaq.

Heftelik.az-ın məlumatına görə, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

BUNA DA BAX: Yaqub Məmmədovun xələfi məlum oldu

Məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Müzakirələrin sonunda H.Əfəndiyevanın hakim təyin olunması məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

Top