Azərbaycanda son sutkada koronavirusa yoluxma - 2 nəfər vəfat edib

04 Mart 2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

BUNA DA BAX: Azərbaycana koronavirusa qarşı daha bir vaksin gətirilir

Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.

Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə 2627991 test aparılıb.

Top