Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

06 Aprel 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34344 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13885 nəfərdir. 

BUNA DA BAX: Azərbaycanda son sutkada koronavirusa yoluxma- Yenə onlarla insan öldü

Ölkədə vurulan vaksinlərin ümumi sayı 982 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 611 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 370 820 təşkil edir. 

Top